Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




























imp.nakhchivan.az

İslam Mədəniyyətinin Paytaxtı 2018

Sayğac nmn.az
Bugün
Bu ay
Ötən ay
Ümumi statistika
-ci il
Xalq Teatrları

Naxçıvan Şəhər Xalq Teatrı
           Naxçıvan Şəhər Xalq Teatrı 1978-ci ildə Naxçıvan Şəhər 1 №-li Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəyinin bazasında yaradılmışdır. Teatr fəaliyyəti dövründə C.Cabbarlının “Solğun çiçəklər”, Seyfəddin Dağlının “Adı sənin, dadı mənim”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, H.Cavidin “Ana”, B.Vahabzadənin “Yollara iz düşür”, Q.Fiqeyredonun “Ezop”, Səttar Axundovun “Məhəbbət nişanəsi”, Tofiq Həsənovun “Şöhrət ardınca”, Tofiq Seyidovun “Yarım günlük rəis müavini” və digər tamaşaları səhnələşdirmişdir.

Naxçıvan Şəhər Xalq Teatrı xalq teatrlarının respublika baxış müsabiqələrində iştirak etmiş, 1980-ci ildə Şamaxı şəhərində keçirilən “Teatr baharı-80” müsabiqəsinin qalibi olmuş və I dərəcəli diploma layiq görülmüşdür.



Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı
      Rza Təhmasib adına Şərur Rayon Xalq Teatrı 1981-ci ildən fəaliyyət göstərir. Xalq teatrı son illər ərzində A.P.Çexovun “Ayı”, M.F.Axundovun “Müsyo Jordan və Dərviş Məsətəli şah”, S.Rüstəmin “Çimnaz xanım yuxudadır”, Ü.Hacıbəyovun kiçik pyesləri əsasında “Quyruqlu ulduz”, H.Məmmədzadənin “Evlənmək istəyirəm”, Q.Rəsulovun “Rəhmə gəl mələyim”, C.Aslanoğlunun “Qısqanc ər”, Əli Əmirlinin “Varlı qadın”, C.Məmmədquluzadənin “Ölülər” əsərinin motivləri əsasında “Yuxu” tamaşalarını hazırlayaraq tamaşaçılarına təqdim etmişdir. Şərur Rayon Xalq Teatrı 2008-ci ildə “Xalq Teatrlarının I Ümumrespublika Müsabiqəsi”ndə II yerə layiq görülməklə uğurlu işini bir daha nümayiş etdirməyə müvəffəq olmuşdur.



Babək Rayon Xalq Teatrı
      2009-cu ildən fəaliyyət göstərən Babək Rayon Xalq Teatrı qısa müddət ərzində səmərəli fəaliyyəti ilə tamaşaçılarının rəğbətini qazana bilmişdir. Xalq teatrı Q.Fiqereydonun “Ezop”, C.Cabbarlının “Solğun çiçəklər”, B.Vahabzadənin “Yollara iz düşür”, “İkinci səs”, M.Əlizadənin “Şeyx Rəhmətulla”, S.Rüstəmin “Durna”, H.Cavidin “Ana”, N.B.Vəzirovun “Yağışdan çıxdıq yağmura düşdük”, H.Mirələmovun “Xəcalət”, İsi Məlikzadənin “Subaylardan görəsiniz”, M.S.Ordubadinin və S.Rüstəmovun “Beş manatlıq gəlin” əsərlərini səhnəyə qoymuşdur. Babək Rayon Xalq Teatrı qısa müddətdə janr etibarı ilə fərqli əsərlərə müraciət etməklə öz repertuar rəngarəngliyini təmin edə bilmişdir.



Ordubad Rayon Xalq Teatrı
      Ordubad Rayon Xalq Teatrı 1964-cü ildə Ordubad Rayon Mədəniyyət Evində fəaliyyət göstərən dram dərnəyinin bazasında yaradılmışdır. Ordubad Rayon Xalq Teatrı 1960-1970-ci illərdə göstərdiyi peşəkar teatr fəaliyyəti ilə diqqəti cəlb etmişdir. Teatr fəaliyyət göstərdiyi dövrdə bir sıra tamaşalar, o cümlədən Ü.Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, S.Rüstəmovun “Beş manatlıq gəlin” kimi opera və operettalarını, C.Məmmədquluzadənin “Kamança”, E.Sultanovun “Sənəm”, R.Əfədiyevin “Saqqalın kəraməti” və “Tiflis səfəri”, Ə.Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini”, Sabit Rəhmanın “Yalan” tamaşalarını səhnələşdirmişdir.



Şahbuz Rayon Xalq Teatrı
      2011-ci ildən xalq teatrı kimi fəaliyyət göstərən Şahbuz Rayon Xalq Teatrı fəaliyyəti dövründə Ü.Hacıbəyovun “Ər və arvad”, S.Rüstəmovun “Beş manatlıq gəlin”, Z.Hacıbəyovun “Evli ikən subay”, Ü.Hacıbəyovun “O olmasın bu olsun”, S.S.Axundovun “Bir eşqin nəticəsi” musiqili komediyalarına müraciət etməklə bu janrda formalaşa bilmişdir.

VIDEO

Azərbaycan mədəniyyətinin hamisi



Xəbərlər Arxivi







Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018