|
www.aliyev-museum.nakhchivan.az

Heydər Əliyev Muzeyi
www.bayraqmuzeyi.nmr.az

Dövlət Bayrağı Muzeyi
www.tarixmuzeyi.nmr.az

Naxçıvan Dövlət Tarix Muzeyi
www.behruzkengerli.nakhchivan.az

Bəhruz Kəngərli Muzeyi
www.gemiqaya.nakhchivan.az

Gəmiqaya
www.ashabikahf.nakhchivan.az

Əshabi- Kəhf
www.elinceqala.naxcivan.az

Əlincəqala
www.xalca.nakhchivan.az

Naxçıvan Dövlət Xalça Muzeyi
www.e-kitab.nakhchivan.az

M. S. Ordubadi adına Kitabxana
www.az.wikipedia.org

Xan Sarayı
www.duzmuzeyi.nakhchivan.az

Naxçıvan Duz Muzeyi
www.garabaglartk.nakhchivan.az

Qarabağlar Türbə Kompleksi
Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 1

Naxçıvan Dövlət Rəsm Qalereyası
Sayğac nmn.az |
 |
Bugün |
 |
 |
Bu ay |
 |
 |
Ötən ay |
 |
 |
Ümumi statistika |
 |
-ci il |
|
Teatr və Konsert Müəssisələri |
Naxçıvan Muxtar Respublikasında Naxçıvan Muxtar Respublikasında Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrı, M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı, Naxçıvan Dövlət Uşaq Teatrı, Naxçıvan Dövlət Filarmoniyası və Naxçıvan Dövlət Uşaq Filarmoniyası fəaliyyət göstərir.
Cəlil Məmmədquluzadə adına
Naxçıvan Dövlət Musiqili Dram Teatrı
Azərbaycan teatrının bir qolu olan Naxçıvan teatrı 1883-cü ildə Eynəlibəy Sultanovun rəhbərliyi ilə mütərəqqi Naxçıvan ziyalılarının yaratdığı “Müsəlman incəsənəti və dram cəmiyyəti” tərəfindən Hacı Nəcəf Zeynalovun evində Mirzə Fətəli Axundzadənin “Müsyö Jordan və Dərviş Məstəli şah” əsərinin tamaşaya qoyulması ilə yarandı.
1922-ci ildə Naxçıvan Teatrına Dövlət Dram Teatr statusu verilmişdi. Həm romantik, həm də realist istiqamətdə inkişaf edən teatrın repertuarında dünya klassiklərinin əsərləri, həmçinin musiqili əsərlər əhəmiyyətli yer tutmuşdur. Bu teatrda istedadlı aktyor və rejissorların bir neçə nəsli yetişmişdir. 1965-ci ildə teatr yeni binaya köçürülmüş, ona Musiqili Dram Teatr statusu və görkəmli ədib Cəlil Məmmədquluzadənin adı verilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 yanvar 2008-ci il tarixli Sərəncamı ilə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının 125 illik yubileyi yüksək səviyyədə qeyd edilmişdir.
Teatrın binası müasir layihə əsasında yenidən qurularaq 2012-ci ilin fevral ayında istifadəyə verilmişdir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 26
Telefon: (+994 36) 545-25-89
Məhəmməd Tağı Sidqi adına Naxçıvan
Dövlət Kukla Teatrı
Teatr 1989-cu ildə yaradılmışdır. 2004-cü ildə teatr yeni binaya köçürülmüş və görkəmli pedaqoq Məhəmməd Tağı Sidqinin adı verilmişdir. Teatrın repertuarında uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında mühüm rol oynayan tamaşalar yer tutur. Kəmalə Ağayevanın “Göyçək Fatma” və “Sirli sözlər”, Gülnarə Kərimovanın “Nəğməkar bülbül”, Abdulla Şaiqin “Tülkü həccə gedir”, Yevgeni Şvartsın “Qırmızı papaq”, Zaur Vedilinin “Möcüzəli adanın sakinləri”, ərəb xalq nağılı əsasında hazırlanmış “Ələddinin sehrli çırağı”, rus xalq nağılı əsasında hazırlanmış “Qoğalın sərgüzəştləri” və bir sıra başqa tamaşalar son illər ərzində balaca tamaşaçılara təqdim olunmuşdur.
Teatr Azərbaycanın, Türkiyə Respublikası və İran İslam Respublikasının bir çox şəhərlərində qastrol səfərlərində olmuş, Tacikistan Respublikasında təşkil edilmiş “Kukla Teatrları Festivalı”nda iştirak etmişdir.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 3
Telefon: (+994 36) 545-34-23
Naxçıvan Dövlət Uşaq Teatrı
2006-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmış Naxçıvan Dövlət Uşaq Teatrı “Cəsur dovşan” tamaşası ilə fəaliyyətə başlamışdır. Uşaq və yeniyetmələr üçün tamaşalar hazırlayan teatrın repertuarında Antuan de Sent Ekzüperinin “Balaca şahzadə”, Həsənəli Eyvazlının “Nadan xoruz”, Tofiq Seyidovun “Bahar qızı küsübdür” və “Bizə dovşan və meşəbəyi lazımdır”, Bayram İskəndərlinin “Meşə çaqqalsız olmaz” və başqa tamaşalar yer alır. Bu teatrın başlıca fərqi aktyorlarının həvəskar uşaqlar olmasıdır.
Ünvan: Naxçıvan şəhəri Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi
Telefon: (+994 36) 545-36-28
Naxçıvan Dövlət Filarmoniyası
Bu mədəniyyət müəssisəsi 1983-cü ildən başlayaraq Naxçıvan Dövlət “Araz” Mahnı və Rəqs Ansamblının bazası əsasında fəaliyyət göstərmişdir.
Naxçıvan Dövlət Filarmoniyasında Simfonik Orkestr, Xalq Çalğı Alətləri Orkestri, Kamera Orkestri, Estrada Orkestri, Mahnı və Rəqs Ansamblı, Muğam Studiyası və xor kollektivi fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri əhalinin asudə vaxtının səmərəli təşkili məqsədilə, həmçinin mədəni-kütləvi tədbirlərdə, xalq şənliklərində konsert proqramları ilə çıxışlar edirlər.
Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 1
Telefon: (+994 36) 545-68-98
Naxçıvan Dövlət Uşaq Filarmoniyası
Naxçıvan Dövlət Uşaq Filarmoniyası 2010-cu ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə yaradılmışdır. Bu mədəniyyət müəssisəsində Xalq Çalğı Alətləri Ansamblı, Mahnı və Rəqs Ansamblı, xanəndəlik və vokal qrupu, xor kollektivi fəaliyyət göstərir. Filarmoniyanın yaradıcı kollektivləri uşaqlar, həmçinin böyüklər qarşısında vaxtaşırı maraqlı konsert proqramları ilə çıxışlar edirlər.
Ünvan: Naxçıvan şəhəri, İstiqlal küçəsi 5
Telefon: (+994 36) 545-68-98
|
|
VIDEO

Azərbaycan mədəniyyətinin hamisi
VIDEO

Naxçıvan Dövlət Tarix Muzeyi
VIDEO

Naxçıvan - Tanıtım Filmi
VIDEO

Şərqin incisi "Möminə xatın"
VIDEO

Əlincə Qalası
VIDEO

Naxçıvanqala
VIDEO

Qarabağlar Türbə Kompleksi
VIDEO

Ordubad, Qeysəriyyə
VIDEO

Yengicə hamamı
VIDEO

Babək Qalası
|