Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında “Yaşa və öyrən” dostluq oyunu keçirilib

      İyulun 30-da Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun və Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə gənclər arasında “Yaşa və öyrən” onlayn dostluq oyunu keçirilmişdir.

Oyununda Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən “Qasırğa”, “Simurq”, “Titanik” və “Rose” komandaları, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin tərəfindən isə “Uğur”, “Bermuda”, “Şahbuz”, “Əlincə”, “Hünər” və “Araz qayası” komandaları iştirak etmişdir. Ümumilikdə hər birində 3 nəfər olmaqla 10 komandanın tərkibində cəmi 30 gənc yarışmışdır.

İştirakçılara “Tarix”, “Mədəniyyət və incəsənət”, “Ədəbiyyat”, “Teatr”, “Folklor” və “Ardını sən de” kateqoriyaları üzrə suallar ünvanlanmışdır. 3 hissədən ibarət olan dostluq oyununun yekun nəticələrinə əsasən Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Birliyinin “Araz qayası” komandası 1-ci, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun “Qasırğa” komandası 2-ci, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin “Bermuda” komandası 3-cü yerin qalibi olmuş və Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin “Şahbuz” komandası isə digərlərindən fərqlənmişdir.

Qeyd edək ki, qalib komandalar Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin və Gənclər Fondunun diplomları, fərqlənən komanda isə fəxri fərmanla təltif ediləcəkdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
31.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020