Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Publisist-politoloq Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabı oxunması zəruri olan kitabların siyahısına daxil edilib

      Publisist-politoloq ­Reyhan Mirzəzadənin “A.S.Qriboyedov: şair-diplomat” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 500 nüsxə nəşr olunaraq Naxçıvan Muxtar Respublikası Təhsil və Mədəniyyət nazirliklərinin tabeliyində olan kitabxanalara, Ali Məclisin Naxçıvanşünaslıq Mərkəzinə, Naxçıvan Muxtar Respublika Kitabxanasına, elm, ali və orta ixtisas təhsili müəssisələrinin kitabxanalarına göndərilmişdir.

Xalqımızın tarixi üçün əhəmiyyətli olan bir sıra mühüm məqamların göstərilməsi, eləcə də gənc nəsildə vətənpərvərliyin, milli kökə bağlılığın formalaşdırılmasına xidmət göstərən yaradıcılıq nümunəsi olması nəzərə alınaraq “A.S.Qriboyedov: şair-diplomat” kitabı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların Siyahısı”na əlavə edilmişdir.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.12.2018








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019