Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Onlayn formada növbəti ustad dərs təşkil olunub

      İyunun 27-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə solfecio fənni üzrə ustad dərs keçirilmişdir.

Onlayn tədbiri aparan Nazirliyin Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova solfecio fənni üzrə təhsil sistemində proqramların tərtib və tədris olunma metodikası haqqında ümumi məlumat vermişdir. Solfecio dərsinin düzgün təşkil olunmasının müəllim üçün ən vacib amillərdən biri olduğunu qeyd edən Leyla Əlimərdanova təcrübi biliklərlə yanaşı nəzəri biliklərin də əsas götürülməsini xüsusi olaraq vurğulamışdır. Nəticənin əldə olunması üçün dərs zamanı musiqi duyumunu nəzərə alaraq hər bir şagirdə müxtəlif sistem və metodiki istiqamətlərdən yanaşmaq lazımdır. Bunun da musiqili qabiliyyətin formalaşmasında rolu olduqca vacibdir.

Sonra Naxçıvan Musiqi Kollecinin müəllimi Ruhiyyə Dünyamalıyeva Solfecio fənninin tədrisi zamanı bir sıra vərdişlərin inkişaf etdirilməsinin və dərs zamanı istifadə olunacaq kitabların seçim mərhələsindən danışmışdır. Naxçıvan Musiqi Kollecinin və uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin iştirakı ilə solfecio fənninin tədrisi zamanı “Musiqi dinləmə qabiliyyətinin formalaşması” mövzusu ətrafında müzakirələr aparılmışdır.

Sonda ustad dərs iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.06.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020