Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında növbəti onlayn kitab müzakirəsi keçirilib

      29 yanvar 2021-ci il tarixdə Nazirliyin Xudafərin Gənclər Birliyi arasında Amin Maaloufun “Səmərqənd” əsərinin onlayn müzakirəsi keçirilmişdir.

Onlayn müzakirəni giriş sözü ilə Gənclər Birliyin sədri Aysel Şəfiyeva açaraq qeyd etmişdir ki, əsərin müəllifi livanlı yazıçı Amin Maalouf 1949-cu il fevralın 25-də Livanda xristian bir ailədə anadan olmuşdur. O, əsərlərində daha çox şərq mədəniyyətinə üstünlük vermişdir. Əsərləri Türkiyədə daha çox oxunan yazıçılar sırasındadır. Yazıçı 1983-cü ildə “Xaç Yürüşü Ərəblərin Gözü ilə” adlı ilk kitabı ilə uğur qazandı. Yazıçı “Səmərqənd” əsəri ilə yanaşı “Afrikalı Leo”,”Şərqin limanları”, “Yolların başlanğıcı” və başqa əsərləri ilə də məşhurdur.

Daha sonra əsər haqqında Qasımova Türkanə gənclərə geniş məlumat verərək qeyd etmişdir ki, “Səmərqənd” əsəri müəllifin oxucu auditoriyası tərəfindən ən çox bəyənilən əsərlərindən biridir. Müəllif, Ömər Xəyyamın yaşadığı dövrdən başlayaraq Titanik gəmisinin batdığı ildə sona çatan bir süjet yaratmışdır. Əsər 4 hissədən ibarətdir. Kitabın ilk iki hissəsi Ömər Xəyyamın həyatı və o dövrün məşhur vəziri Xacə Nizamülmülk ilə Həsən Sabbah arasında olan münasibət, keçdiyi keşməkeşli yollar, Səmərqənd şəhərində baş verən siyasi hadisələrdən bəhs edir. Sonrakı iki hissədə adı Benjamin Ömər olan birinin, Xəyyamın “Səmərqənd yazıları” kitabını axtararkən İranda üzləşdiyi siyasi hadisələr və eşq macərasından danışılır.

Növbəti çıxışda əsərin ədəbi və tarixi mahiyyəti haqqında Miralməmməd Seyidov çıxış edərək bildirmişdir ki, əsər daha çox tarix və siyasət romandır. Müəllif İranın XX əsrin əvvəllərindəki şah rejimi, Amerika, Rusiya və İngiltərə kimi ölkələrlə olan siyasi münasibətləri öz təxəyyülü ilə təqdim etmişdir.

Tədbir gənclərin kitab haqqında təəssüratları ilə yekunlaşmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021