Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Film dünyasına səyahət” mövzusunda tədbir keçirilmişdir

      Yanvarın 28-də Naxçıvan Dövlət Film Fondunda Nəqşi-cahan Gənclər birliyinin üzvləri arasında “Film dünyasına səyahət” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Nəqşi-cahan Gənclər Birliyinin sədri Həcər Əsgərova qeyd etmişdir ki, bu filmlərin mövzusu, ideyası müxtəlifdir. Gənclərin dünyagörüşünün formalaşmasında, inkişafında filmlərin rolu böyükdür. Müxtəlif mövzuda, ideyada təqdim olunacaq filmlər insan düşüncəsi, duyğu və həyat tərzindən bəhs edir. Bu tədbir zamanı gənclər filmlərə fərqli prizmalardan baxacaq və içində olan film sevgisini kəşf edəcək. Daha sonra Naxçıvan Dövlət Film Fondun direktoru Mirakif Seyidov çıxış edərək bildirdi ki, kino böyük təbliğat vasitəsidir. Kino dilində təqdim edilən mövzular olduqca maraqlı və təsirli olur. Son illər bir sıra filmlər çəkilib. Gənclərin müasir kinodan umduğu əsas məsələlərdən biri bu filmlərdə düşüncələrinin yüksək səviyyədə tərənnüm edilməsidir.

Daha sonra söz gənclərə verildi. Nəqşi-cahan Gənclər birliyinin üzvlərindən Müzəffər Yusifov “Legenda 1900”, Əzizə Süleymanova “Amelie”, Bənövşə Afətli “Dedemin insanları”, Mirqafar Seyidov “The parfume”, Aysel Əhmədova “Marslı”, Nuray Mehdiyeva “Black swan”, Murad Nəcəfzadə “Sosial nerwork” filmlərinin fraqmentini təqdim etdi və filmlər haqqında geniş məlumat verdilər.

Tədbir qarşılıqlı diskussiya formasında gəncləri maraqlandıran sualların cavablandırılması ilə başa çatmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021