Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















"Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu”
adlı onlayn tədbir keçirilib

      27 yanvar 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin “Harmoniya” Gənclər Birliyinin üzvləri arasında “Azərbaycan mədəniyyətinin təbliğində gənclərin rolu” adlı onlayn tədbir keçirilmişdir.

Tədbiri Gənclər Birliyinin sədri, Bəhruz Kəngərli Muzeyinin Baş fond mühafizi-elmi işçisi Səmanə Rüstəmova açaraq vurğulamışdır ki, tarixi kökümüzdən gələn milli-mənəvi dəyərlərimiz ailədən başlanır. Babalarımızın qoyduğu izlər, gözəl adət-ənənələrimizi yaşatmaq üçün ilk əvvəl biz-gənclərin biliyi olmalıdır.

Qeyd olunmuşdur ki, gənc nəsil mədəniyyətimizi qoruyub, inkişaf etdirmək üçün ilk öncə mədəniyyət tarixini və nəzəriyyəsini gözəl bilməlidir. Hər kəs mədəniyyəti sevərək mənimsəsə və onu təbliğ etsə hər zaman inkişafı labüddür. Mədəniyyətimizin çoxşaxəli və zəngin olması xüsusi ayrıcalıqdır. Mədəniyyətin inkişafı və təbliği yüksək səviyyədə olarsa, cəmiyyətin mədəni səviyyəsi də yüksək olar. Bu mənada mədəniyyət cəmiyyətdə mənəvi-psixoloji iqlimi tənzimləməkdə və beləliklə də vətənpərvərlik hisslərinin özünün ifadəsində və milli müəyyənliyin formalaşmasında əvəzsiz fəaliyyət göstərir. Belə şəraitdə ictimai münasibətlərin mədəniyyətlə bağlı olan sahəsi daha da genişlənir. Deməli, mədəniyyət insanlararası münasibətlərin bütün formaları üzərinə yayılaraq bu münasibətləri səciyyləndirən çox mühüm keyfiyyət göstəricisinə çevrilə bilir.

Gənc nəsil daim irəliyə can atır, daha doğrusu ata-babaların qoyub getdiyi mədəni irsi daha da inkişaf etdirərək yeni-yeni cizgi və əlavələr edərək onu təkmilləşdirir. Lakin mədəni dəyərləri qoruyub saxlamaqla öz mədəniyyətini təbliğ etmək lazımdır.

Tədbir maraqlı diskussiya formasında davam etmiş, suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021