Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Xanəndəlik ixtisası üzrə ustad dərs keçirilib

      Yanvarın ayının 28-də Nazirliyinin təşkilatçılığı ilə uşaq musiqi incəsənət və bədii sənətkarlıq məktəblərində xanəndəlik ixtisası tədris aparan müəllimlərə ustad dərs keçirilmişdir.

Ustad dərsi Naxçıvan Musiqi Kollecinin müəllimi Əbülfəz Məmmədov aparmışdır. Qeyd olunmuşdur ki, bu gün Azərbaycan musiqisinin özəyi olan muğamlarımızın inkişaf etdirilməsi, dünyada şöhrət qazanması hamını düşündürməyə məcbur edir. “Xanəndəlik" dedikdə, ifaçıda ilk növbədə səhnə mədəniyyəti, gözəl səs və qamət olmalı, muğamın bütün şöbə və guşələrini, təsnif və dəramədləri muğama aid olan mahnıları, qəzəlləri, poeziyanı bilməli, ən əsası isə onda sənətkar ürəyi özünü büruzə verməlidir. Bir də xanəndədə musiqi duyumu, qavrama qabiliyyəti güclü olmalıdır. Əgər xanəndə bir və yaxud iki dəfə eşitdiyi muğamları və onun şöbələrini, eləcə də xalq mahnılarının melodiyalarını duyub, qavrayıb yaddaşında saxlaya bilirsə, deməli, o xanəndə ola bilər.

Vurğulanmışdır ki, şagirdlərlə səs məşğələsinin aparılması, ilk olaraq birinci sinifdə xalq mahnısı, bəstəkar və aşıq mahnılarını öyrətmək eyni zamanda bununla yanaşı zəngulə məşğələsinin aparılması da vacibdir. Proqram üzrə ikinci siniflərdə artıq kiçik həcimli muğamların şagirdlərə öyrədilməsi və onlara muğam janrını lad olaraq başa salmaq olar.

Sonda ustad dərs iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
29.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021