Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Rəsm ixtisası üzrə ustad dərs keçirilib

      Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Şəhər Uşaq Musiqi və İncəsənət Məktəbində uşaq incəsənət və bədii sənətkarlıq məktəblərinin rəsm ixtisası üzrə müəllim və şagirdləri üçün ustad dərs keçirilmişdir.

Yandırma üsuluna həsr olunmuş ustad dərsi Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramov aparmışdır. Rəssam qeyd etmişdir ki, eramızdan 700 il əvvəl yanmış ağacdan hazırlanmış naxışlı məhsullar Peruda arxeoloji qazıntılar zamanı tapılmışdır. Bu və ya digər şəkildə piroqrafiyaya hər hansı bir xalqın mədəniyyətində rast gəlmək olur. Xüsusilə bu sahədə rus ustalarının işlərini göstərmək olar. Ruslar tərəfindən ağac yandırılması 9-cu əsrdə geniş şəkildə ortaya çıxmışdır. Əvvəlcə sənətkarlar ağacı yandırır, daha sonra isti metal çubuqlardan və itilənmiş dırnaqlarını istifadə edirdilər. Orta əsrlərdə piroqrafiya sənəti Avropada xalq sənətinin hüdudlarından kənara çıxaraq həqiqi sənətə çevrilmişdir. Piroqrafiyanın köməyi ilə taxta oyuncaqlar, qaşıqlar, içməli qablar və bəzədilmiş yuva kuklalarının istehsalı qurulmuşdur.

Əməkdar rəssam bildirmişdir ki, yandırma üçün ən yaxşı materiallar cökə, alder, qovaq, ağcaqayın və şabalıddır. Taxta parçasının səthi nə qədər hamar olarsa onu yandırmaq da bir o qədər asan olar. Bundan əlavə, qara bir karbon kağızı və ya şəffaf papirus kağızı istifadə edərək bir eskizi taxtaya köçürmək də olur.

Ustad dərsdə Səyyad Bayramov tərəfindən yandırma üsulu ilə hazırlanmış bir neçə əl işi barədə məlumat verilmiş və Qarabağın simvolu və xalqımızın zəfər simvolu olan “Xarı Bülbül” yandırma üsulu ilə çəkilərək müəllim və şagirdlərə göstərilmişdir.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
25.12.2020













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021