Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Aydın” pyesi Naxçıvan teatrında

      Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli şair, yazıçı və dramaturq Cəfər Cabbarlının “Aydın” pyesi tamaşaya qoyulur.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Həcərxanım Məmmədova, musiqi tərtibatçısı Səyyad Məmmədovdur.Tamaşada əsas rolları gənc aktyorlar ifa edirlər.

Aydın pyesinin əsas leytmotivində insanın özünə inamı, ona qarşı olan məkrli münasibətlərə qarşı apardığı mübarizə dayanır. Əsərin qəhrəmanı olan Aydın cəmiyyətin təsiri ilə ruhi əzablara düçar olsa da mənəvi gözəlliyini, insani saflığını itirmir.

Tamaşa yaxın vaxtlarda izləyicilərə təqdim ediləcək.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
24.06.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020