Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Uşaq musiqi məktəblərinin müəllimləri üçün
musiqi ədəbiyyatı fənni üzrə metodik kurs keçirilib

      22 yanvar tarixdə Naxçıvan Musiqi Kollecində Babək, Şahbuz və Kəngərli rayon mədəniyyət şöbələrinin tabeliyində olan uşaq musiqi məktəblərinin müəllimləri üçün musiqi ədəbiyyatı fənni üzrə metodik kurs keçirilib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının İncəsənət və təhsil müəssisələri ilə iş şöbəsinin baş məsləhətçisi Leyla Əlimərdanova bildirib ki, musiqi təhsili müəssisələrində musiqi ədəbiyyatı fənninin tədrisində əsas məqsəd şagirdlərin bu sahə üzrə dünyagörüşünü zənginləşdirməkdir. Şagirdlərin Azərbaycan musiqi ədəbiyyatı ilə dərindən tanışlığı onların musiqi tərbiyəsinin formalaşmasında və hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır.

Daha sonra musiqi ədəbiyyatı fənninin tədrisi və dərsin təşkil olunması haqqında məlumat verilib. Qeyd olunub ki, musiqi məktəblərində tədris zamanı şagirdlər musiqi ədəbiyyatının geniş sahəsilə tanış olmalı, müxtəlif janrların xüsusiyyətlərini, xalq və professional musiqi formalarını, musiqi alətlərini, simfonik orkestr, ansambl quruluşları haqqında biliklərin mənimsəməlidirlər. Şadirdlərə bəstəkarların həyat və yaradıcılığı, onların dünya musiqi tarixində rolu və əhəmiyyəti, eləcə də tutduğu mövqe haqqında ətraflı məlumat verilməlidir. Musiqi ədəbiyyatı fənninin tədrisində xüsusi yeri musiqi materialları tutur. Dərs zamanı şagirdlər mahnı janrından başlayaraq irihəcmli əsərlərə qədər məlumatlandırılır. Musiqi ədəbiyyatı fənninin özünəməxsus inkişaf yoluna görə musiqi formaları, silsilələrin tərkibi dəyişir. Musiqi ədəbiyyatının tədrisində klassik musiqi ilə yanaşı, xalq musiqisinin öyrənilməsinə də diqqət yetirmək vacibdir.

Sonda müəllimlərlə mövzu ətrafında müzakirələr aparılıb və onların sualları cavablandırılıb.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
23.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021