Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Vətən müharibəsinin informasiya cəbhəsində gənclərin fəaliyyəti”
mövzusunda onlayn tədbir keçirilib

      Noyabrın 19-da Nazirliyin Gənclər birliyinin üzvləri arasında “Vətən müharibəsinin informasiya cəbhəsində gənclərin fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilmişdir.

Onlayn tədbiri giriş sözü ilə açan Nazirliyin Gənclər Birliyinin sədri Bənövşə Afətli tədbir və tədbirin əhəmiyyəti barədə gənclərə məlumat vermişdir. Qeyd edilmişdir ki, cəbhədə silahlar danışsa da, arxa cəbhədə informasiya savaşı gedir. Bu savaşda sosial şəbəkələrdə aktivlik göstərən gənclərimiz Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında böyük şücaət göstəriblər. Vurğulanmışdır ki, Azərbaycanın informasiya sahəsində qazandığı uğurlar ön cəbhədə də zəfərlərin əldə edilməsi üçün çox mühüm amildir. Kütləvi informasiya vasitələrimiz illərdən bəri mənfur qonşularımız və erməni diasporu tərəfindən Azərbaycana qarşı aparılan qərəzli informasiyalara cavab vermək, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində mühüm işlər görməkdədir. Son zamanlar Azərbaycan mediası ölkəmizin haqq səsini dünyaya çatdırmaq üçün daha da fəallaşıb və peşəkarlaşıb. Ermənilər ötən 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal etməklə yanaşı, Azərbaycan həqiqətlərini informasiya məkanında da blokadaya salmışdılar. Biz gənclər xüsusilə son iki ay ərzində necə deyərlər, həm real müharibə, həm də virtual informasiya cəbhəsində azadlıq döyüşləri aparmışıq və aparmaqda da davam edirik.

Onlayn görüşün qonağı olan Mədəniyyət üzrə Elmi-Metodik Mərkəzin şöbə müdiri Nizami Əzizəliyev, həmin şöbənin aparıcı metodisti Elçin Əsədov və Culfa Şəhər Klubunun müdiri Aidə İbrahomova mövzu barədə iştirakçılara geniş məlumatlar vermişlər.

Sonra birliyin üzvləri mövzu ətrafında fikir mübadiləsi aparmışlar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020