Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Xalqımızın Böyük Vətən Müharibəsi və qələbəyə aparan yol”
mövzusunda onlayn tədbir keçirilib

      Noyabrın 19-da Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Xalqımızın Böyük Vətən Müharibəsi və qələbəyə aparan yol” mövzusunda onlayn tədbir keçirilmişdir. Onlayn tədbirdə Filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov iştirak etmişdir.

Tədbiri giriş sözü ilə açan Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Əzizə Süleymanova tədbir, onun əhəmiyyəti və mahiyyəti haqqında məlumat vermişdir.

Tədbirdə çıxış edən Elxan Məmmədov Qarabağın tarixi və bu tarixi həqiqətlərin bütün dünyaya çatdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Daha sonra Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədr müavini Nurşən İbrahimova, birliyin üzvləri Rəsmiyyə Mehdiyeva, Turac Bayramlı, Uğur Məmmədov, Nurşən Rüstəmxanlı mövzu haqqında ətraflı məlumat vermişdir.

Qeyd olunmuşdur ki, sentyabrın 27-dən etibarən təcavüzkar erməni ordusunun Azərbaycanın yaşayış məntəqələrini və mülki şəxsləri atəşə tutmasından sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlanıldı, torpaqlarımızın azad olunması uğrunda mübarizəyə qalxan rəşadətli ordumuz düşməni ağır məğlubiyyətə uğratdı. Vətənimizin ərazi bütövlüyü uğrunda gedən haqq savaşında birlik göstərən xalqımız həm döyüş meydanında, həm də informasiya müharibəsində düşmənə qalib gəldi.

Tədbirdə vurğulanıb ki, “Qarabağ Azərbaycandır” şüarı artıq ölkəmizdə milli ideya səviyyəsinə yüksəlib.

Tədbir diskussiya şəklində davam etdirilmişdir


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
21.11.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020