Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında onlayn intellektual bilik yarışı keçirilib

Highslide JS       İyunun 19-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında “Yaşa və öyrən - onlayn" intellektual bilik yarışı keçirilmişdir.

Nazirliyin Gənclər Təşkilatının, həmçinin Şərur, Babək, Ordubad, Culfa, Kəngərli, Şahbuz rayon mədəniyyət şöbəsinin gənclər birliklərinin üzvlərinin qatıldığı onlayn yarışda 17 komandanın nəzdində 51 gənc iştirak etmişdir. Gənclərə "Tarix", "Mədəniyyət və incəsənət", "Ədəbiyyat", "Musiqi", "Film", "Teatr", "Folklor", "Video oyunlar" və "Ardını sən de" kateqoriyaları üzrə səsli və videogörüntülü suallar ünvanlanmışdır.

3 hissədən ibarət olan onlayn yarışın sonunda Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin "Əlincəqala" komandası, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin "Bermuda" komandası və Nazirliyin Gənclər birliyinin "Araz qayası" komandası daha çox suala cavab verərək fərqlənməyi bacarıblar.

Qeyd edək ki, ilk dəfə olaraq yoxlama xarakterli təşkil olunan yarışın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
20.06.2020








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020