Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Heydər Əliyev Muzeyində növbəti açıq dərs keçirilib

      Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, açıq dərsdə Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin şagirdləri iştirakı edib.

“Heydər Əliyev və Azərbaycan ordusu” mövzusunda keçirilən açıq dərsdə dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda fəaliyyəti və muzeyin ekspozisiyaları haqqında şagirdlərə geniş məlumat verilib.

Qeyd edək ki, 2020-2021-ci tədris ili ərzində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinə Heydər Əliyev Muzeyində açıq dərslərin keçirilməsi nəzərdə tutulub.








Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
16.10.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020