Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Gənclik” instrumental ansamblının Sədərək rayonunda konserti olmuşdur

      Mayın 14-də Sədərək Rayon Mədəniyyət Sarayında Naxçıvan Musiqi Kollecinin “Gənclik” İnstrumental Ansamblının konserti olmuşdur.

Konsertdən əvvəl aparıcı qeyd etmişdir ki, Naxçıvan Musiqi Kolleci ümummilli lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə 1974-cü ildə yaradılmışdır. Hazırda kollecdə 10-dan çox ixtisas üzrə kadr hazırlığı aparılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamlarına əsasən bu təhsil ocağının 30 və 40 illik yubileyləri dövlət səviyyəsində qeyd olunmuşdur. Bu illər ərzində kollecdə milli musiqi alətlərimizin və xalq mahnılarımızın yaşadılması, eləcə də klassik və müasir dünya bəstəkarlarının öyrənilməsi, gənc musiqiçi kadrlarının yetişdirilməsi sahəsində uğurlar əldə edilmişdir. Bildirilmişdir ki, kollecdə təhsil alan tələbələrdən ibarət musiqi kollektivləri maraqlı konsert proqramları ilə müntəzəm olaraq ictimaiyyət qarşısında çıxış edirlər. Bu gün sizin görüşünüzə “Gənclik” İnstrumental Ansamblı maraqlı konsert proqramı ilə gəlimişdir. Ansamblın bədii rəhbəri Sahil Qasımovdur.

Sonra konsert proqramı başlamışdır və ilk olaraq ansamblın ifasında şən musiqi kompozisiyaları səslənmişdir. Ansamblın gənc solistləri Samir İsmayılov, Əfsanə Babayeva, İlkin İsmayılovun ifasında görkəmli bəstəkarlarımız Emin Sabitoğlunun “Al məndən”, Oqtay Rəcəbovun “İndi günah nə səndədir nə məndə”, Nüşabə Muradovanın “Dinlə məni sevgilim”, Ramiz Mirişlinin “Naxçıvan təranələri”, "Səadət", Firəngiz Babayevanın “Gecə yaman uzundur”, Nəriman Məmmədovun “Qəlbimdə qaldı hicran”, Ələkbər Tağıyevin “Düz bir ildir”, “Sənin gülüşün”, “Dinə bilmədim”, mahnıları və başqa bəstəkarların musiqi əsərləri səslənmişdir. Sonra solistlər yeni bəstəkar mahnılarını da ifa etmişlər. Konsert şən və lirik musiqi kompozisiyası ilə başa çatmışdır.

Bir saatdan çox davam edən konsert Sədərək rayon sakinləri tərəfindən maraqla qarşılanmış və onlarda xoş əhval-ruhiyyə yaratmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
14.05.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019