Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Kinoviktorinanın yarımfinal mərhələsi keçirilib

      Mayın 13-də “Milli filmlərimiz” adlı kinoviktorinanın yarımfinal mərhələsi keçirilib. Ötən ilin oktyabr ayından başlanan və aprel ayında başa çatan kinoviktorinanın seçim turlarına əsasən, 8 komanda yarımfinala vəsiqə qazanıb. Naxçıvan şəhər 15, Şərur şəhər 2, Şahbuz şəhər 1, Culfa rayon Yaycı kənd 1, Sədərək rayon Sədərək kənd 2 nömrəli, eləcə də Babək rayon Kərimbəyli, Ordubad rayon Nüsnüs, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəblərinin komandaları kinoviktorinanın yarımfinal mərhələsində milli kinomuzla bağlı biliklərini sınayıblar.

Beləliklə, yarımfinal mərhələsində ən yüksən bal toplayan 4 komanda - Naxçıvan şəhər 15, Şərur şəhər 2, Sədərək rayonu Sədərək kənd 2 və Culfa rayonu, Yaycı kənd 1 nömrəli tam orta məktəblərin komandaları finalda yarışmaq hüququ qazanıblar.

Qeyd edək ki, “Milli kinomuz” adlı kinoviktorina Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun, Naxçıvan Dövlət Film Fondunun və Naxçıvan Muxtar Respublika rayon və şəhər təhsil şöbələrinin birgə təşkilatçılığı ilə keçirilib. 5-9 sinif şagirdlərindən ibarət komandaların iştirak etdiyi kinoviktorinada komanda üzvlərinə 5 mövzu üzrə suallar ünvanlanıb. Ən çox bal toplayan komandalar yarımfinal və final mərhələlərinə vəziqə qazanıblar. Kinoviktorinanın keçirilməsində əsas məqsəd milli kinomuzun təbliği, məktəblilərin kinofilmlərə olan marağının artırılması və onların kino biliklərinin yoxlanmasından ibarətdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.05.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019