Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113-cü illiyi qeyd edilib

      Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 113-cü illiyinə həsr olunmuş “Molla Nəsrəddin” ədəbi məktəb yaratmış ilk mətbu orqandır” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova açaraq qeyd edib ki, Azərbaycan mətbuatı tarixində əvəzsiz rol oynamış, XX əsr ictimai fikir və ədəbiyyat tariximizdə yeni dövr açmış, klassik irsimizin dəyərli abidələrindən biri, təkcə Azərbaycanda deyil, bütün Yaxın və Orta Şərq ölkələrində siyasi satiranın ilk qaranquşu “Molla Nəsrəddin” jurnalı və onun nəşri tarixini öyrənməyin böyük əhəmiyyəti vardır.

Sonra Azərbaycan Respublikasının Əməkdar müəllimi, dosent Kamal Camalovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi, dosent Nəzakət İsmayılovanın çıxışları dinlənilib.

Tədbirin bədii hissəsində muzey əməkdaşları “Molla Nəsrəddin” jurnalında çap olunmuş felyetonları bədii qiraət ediblər.

Sonda tədbir iştirakçıları Cəlil Məmmədquluzadə və “Molla Nəsrəddin” jurnalına həsr olunmuş guşəyə baxıblar.


Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.04.2019












Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019