Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















“Şəlalə” instrumental ansamblının Şərur rayonunda konserti olub

      Martın 13-də Şərur rayonundakı “Bahar” kinoteatrında Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş konserti olmuşdur.

Qeyd edək ki, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Konsert repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında və hərbi hissələrdə, müxtəlif tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edir. Kollektivin üzvlərindən bir neçə nəfəri son illər fəxri adlara layiq görülmüşlər. Ansamblın bədii rəhbəri Əli Məmmədovdur.

“Bahar” kinoteatrında keçirilən konsert Bəhruz Quliyevin ifa etdiyi həmyerlimiz mərhum bəstəkar və tarzən Vahid Axundovun məşhur “O Naxçıvandır” mahnısı ilə başlamışdır. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Arzu Fərzəliyev və Qəmər Babayevanın ifa etdikləri “Güldür məni”, “Toy olsun, bayram olsun”, “Yaşayıram el üçün”, “Yaşa ey mənim xalqım” və başqa şən və lirik mahnılar konsert iştirakçılarında xoş ovqat yaradıb.

Konsertdə ansamblın solistləri Ədalət Hüseynov, Səyavuş Nəcəfov, Bəhruz Quliyev, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Ramiz Mirişli, Hacı Xanməmmədov, Oqtay Rəcəbov, Telman Hacıyev, Elçin Cəlilov və başqalarının populyar mahnılarını ifa ediblər. Solistlərin ifa etdiyi “Naxçıvanım”, “Bir xumar baxışla”, “Sənin gülüşlərin”, “Qonşu olmaq istəmirəm”, “Getmə dayan”, “Kəpənək”, “Getmə amandı” və başqa mahnılar alqışlarla qarşılanıb. Konsertdə ansamblın ifasında instrumental musiqilər, təsnif və kino filmlərdən mahnılar da səslənib.

Bir saatdan artıq davam edən konsert Şərur rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
13.03.2019











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019