Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Culfa rayonunda yerləşən maddi-mədəniyyət nümunələri” mövzusunda
onlayn görüş keçirilib

      İyulun 10-da Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Culfa rayonunda yerləşən maddi-mədəniyyət nümunələri” mövzusunda onlayn görüş keçirilmişdir. Onlayn görüşdə AMEA Naxçıvan Bölməsinin müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev iştirak etmişdir.

Görüşün aparıcısı, Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Aidə İbrahimova görüş və onun mahiyyəti barədə məluamat vermişdir. Sonra Gənclər birliyinin üzvlərindən Günay Xudaverdiyeva “Gülüstan türbəsinin ornamentləri”, Səma Rzayeva “Haçadağ” və “Əlincəqala”, Aygül Cəfərova “Camaldın kəndindəki tarixi yerlər”, Kəmalə Kərimova “Yaycı kəndi və orada yerləşən maddi-mədəniyyət nümunələri”, Aynur Mustafazadə “Yaycı kəndindəki ziyarətgah” mövzusunda çıxış etmişlər.

Diskussiya şəklində davam edən onlayn görüşdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev gənclərin suallarını cavablamış və sonda fikir mübadiləsi aparılmışdır.

Sonda belə görüşlərin davamlı olması, gənclər tərəfindən öz yaşadığı ərazilərdə olan rəvayətlər, əsatirlər, mifoloji görüşlər, maddi-mədəniyyət nümunələri barədə olan məlumatların toplanması və rayon mədəniyyət şöbəsinə göndərilməsi qərara alınmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020