Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Muzeylərdə onlayn tədbirlərin keçirilməsinin təşkili”
mövzusunda onlayn seminar keçirilib

      İyul ayının 10-da Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə onlayn tədbirlərin keçirilməsinin təşkili” mövzusunda onlayn seminar keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Əsədova seminarın keçirilməsinin əhəmiyyəti barədə məlumat verərək bildirmişdir ki, günümüzün tələbinə uyğun olaraq bu gün Nazirliyin sisteminə daxil olan muzeylərdə tədbirlər onlayn olaraq keçirilir. Tədbirlərin onlayn formada keçirilməsi muzey əməkdaşlarının qarşısına yeni tələblər qoyur.

Vurğulanıb ki, aprel ayından başlayaraq muzeylərdə 8 onlayn ekskursiya keçirilmiş, bu ekskursiyalar Naxçıvan Televiziyasının efirindən və Nazirliyin internet resurslarında canlı olaraq yayımlanmışdır. Dövr ərzində muzeylər tərəfindən onlayn tədbirlər keçirilməklə yanaşı, onlayn ekskursiyalar, məlumat xarakterli, həmçinin tarixi və əlamətdar günlərlə bağlı videomateriallar hazırlanaraq paylaşılır. Paylaşılan materiallar sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanır.

Sonra Cəlil Məmmədquluzadənin Ev Muzeyinin direktoru Aytən Ələkbərova çıxış edərək bildirib ki, hazırki dövrdə muzeylərin qarşısında duran mühüm vəzifələrdən biri də tarixi və əlamətdar günlərlə, görkəmli şəxslərin yubiley və anım günləri ilə bağlı materialların, o cümlədən, tədbirlərin onlayn olaraq təqdim edilməsidir. Öz profilinə uyğun olmaqla mütəmadi olaraq mədəni-kütləvi tədbirlərin təşkil olunması ötən dövrlərdə olduğu kimi hal-hazırda da muzeylərin əsas fəaliyyət sahəsindən biridir. Ötən aylar ərzində təkcə Cəlil Məmmədquluzadənin Ev Muzeyində “Molla Nəsrəddin” jurnalının nəşrə başlamasının 114 illiyi, Cəlil Məmmədquluzadənin Ev Muzeyinin yaradılmasının 22 illiyi ilə bağlı onlayn tədbirlər keçirilmiş, Cəlil Məmmədquluzadənin Ev Muzeyindən canlı onlayn ekskursiya təqdim edilmişdir.

Muzeylərdə onlayn tədbirlərin təşkili həm də muzey əməkdaşlarının üzərinə yeni vəzifələr qoyur. Çünki sosial şəbəkələrdə paylaşılan bu tədbirlər daha geniş tamaşaçı kütləsinə təqdim edilməklə həm də muzeylərin təbliğinə xidmət edir.

Muzey əməkdaşlarının onlayn olaraq qoşulduğu seminarın sonunda müzakirə aparılmış, iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020