Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında film müzakirələri davam etdirilir

      Yanvarın 8-də Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvləri arasında “Şərikli çörək” filminin onlayn müzakirəsi keçirilmişdir.

Görüşün aparıcısı, rayon mədəniyyət şöbəsinin gənclər birliyinin sədri Aygül Cəfərova tədbiri giriş sözü ilə açaraq görüş və onun mahiyyəti barədə məlumat vermişdir. O, bildirmişdir ki, “Şərikli çörək” filmi İkinci Dünya Müharibəsindən sonrakı illərin ağır həyat şərtlərindən bəhs edir.

Vətən sevgisini uşaqların gözü ilə göstərən bu filmdə aclıq, səfalət şəraitində belə mənliyini itirməyən uşaqların gələcəyə dair yaratdığı böyük ümidləri tərənnüm edilir. Bitmək bilməyən günlərdə uşaqların bir-birinə olan münasibətləri, baş qəhrəman Vaqifin ac olduğu halda çörəyini digərləri ilə bölüşməyi olduqca ibrətamizdir. Arxa cəbhədə gedən müharibənin kiçik qurbanları olan uşaqlar, bu filmdə ön plana çəkilir. Müharibə uşaqları vaxtından tez böyüdür. 10 yaşlı uşaq dərs oxumaq əvəzinə, çörəkpulu qazanmağın yollarını axtarır.

Filmin ssenari müəllifi Alla Axundova, quruluşçu rejissor Şamil Mahmudbəyov, quruluşçu operator Teyyub Axundov, quruluşçu rəssam Fikrət Bağırov, bəstəkar Vasif Adıgözəlov, filmin direktoru Yusif Yusifzadədir. Rollarda Kamran Rəcəbli, Tuna Namazova, Firuz Əliyev, Xosrov Mamayev, Cəmilə Məmmədova, Sədayə Mustafayeva, Əminə Yusifqızı, Sofa Bəsirzadə, Fazil Salayev, Əbdül Mahmudov, Ağahüseyn Cavadov, Əliağa Ağayev, Əhməd Əhmədov və başqaları çəkilib.

Diskussiya formasında keçən onlayn tədbirdə iştirak edən gənclərin aktivliyi görüşü daha da maraqlı etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
11.01.2021













Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2021