Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















İspaniyalı turist Naxçıvanla bağlı təəssüratlarını paylaşıb

Yay aylarında daha çox turistin istirahət üçün üz tutduğu Naxçıvan onlar üçün maraqlı tarixi və abidələri olan bir əsrarəngiz məkan kimi yadda qalır. Maraqlı burasıdır ki, bu insanlar Naxçıvanla bağlı öz təəssüratlarını sosial şəbəkələrdə məmnuniyyətlə bölüşürlər.

Naxçıvana səyahət edən howimettravel adlı instagram istifadəçisi Naxçıvanla bağlı maraqlı paylaşımlar edib. Xanım istifadəçi Əlincəqalası, Culfa rayonundakı kanyon, Xaraba Gilan yaxınlığında çəkilən fotolara öz şərhlərini də əlavə edib. Öz dostlarına müraciət edərək, siz nə vaxtsa öz instagram səhifənizdə, facebookda, ya da hansısa yol göstəricisində belə bir yeri görmüsünüzmü? Amma bilin ki 3457280 addım atandan sonra mən Naxçıvandakı yüksək dağ zirvəsində yerləşən Əlincəqlaya qalxmaq həzzini yaşadım. Bu cür yerləri ziyarət etməklə xoşbəxtlik haqqındakı təəssüratlar gerçək olur. Bunu yaşamaq lazımdır-deyə müraciət edir. Culfa rayonundakı torpaq kanyonun fonunda şəkil çəkdirən xanım burda buludların əl çatan olduğunu və Naxçıvanı Azərbaycanda tamam başqa bir mənzərəyə sahib yer kimi təqdim edir. Geniş prospektlər, nadir dini memarlıq, təbii landşaft özündə Mərkəzi Asiyanı əhatə edən Qafqaz ənənəsini yaşadır. Müəllif Naxçıvanı “keşməkeşli keçmişi, gözəlliyi və mütləq xoşbəxt gələcəyi olan nadir yer” adlandırır.

Təbii ki, istifadəçinin fotolarına rəy bildirənlər bu cür yeri ilk dəfə gördüklərini və mütləq ora səfər edəcəklərini vurğulayırlar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
10.07.2019








Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019