Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub

      Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Gənclər Təşkilatının üzvlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunmuşdur.

Tədbirdə “Ümummilli Lider Heydər Əliyev və ordu quruculuğu” mövzusunda çıxış edən Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev vurğulayıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasi xadimlər arasında uzun müddət siyasi olimpinin zirvəsində qalaraq ümumxalq rəğbətinin və məhəbbətinin qazanan, xalqın inkişaf yolunda bir məşələ çevrilmiş ömür yaşayan nadir şəxsiyyətdir.

Hələ ötən əsrin 70-80-ci illərində H.Əliyevin hərb quruculuğu sahəsində gördüyü işlər C.Naxçıvanskinin adını daşıyan ixtisaslaşdırılmış hərbi məktəbin yaradılması, minlərcə gəncin ölkənin qabaqcıl ali hərbi məktəblərinə göndərilməsi, xalqımızın qəhrəmanlıq ənənələrinin təbliği və s. bu gün öz tarixi təsdiqini tapır və yüksək qiymətləndirir. Bütün bunları xalqın milli müqəddəratı ilə birbaşa bağlı olan tarixi nailiyyət kimi qiymətləndirmək lazımdır.

Qeyd edilib ki, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir.

Sonda gənclər muzeyin ekspozisiyası ilə tanış olublar.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.09.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020