Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Gənclər arasında “Naxçıvan: Tarix və mədəniyyətin qovşağı”
adlı onlayn müzakirə keçirilmişdir

      İyulun 3-də Naxçıvan Muxtar Respubilkası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə gənclər arasında “Naxçıvan: Tarix və mədəniyyətin qovşağı” adlı onlayn müzakirə keçirilmişdir.

Tədbiri görüşü giriş sözü ilə açan Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Həcər Əsgərova görüşün məqsədindən və əhəmiyyətindən bəhs etmişdir.

Daha sonra Nazirliyin Gənclər birliyinin sədr müavini Qumral Mahmudova “Ən ali milli dəyərimiz: Ana dilimiz”, Şahbuz Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Əzizə Süleymanova “Adət ənənələrimizin şölələndiyi xalçalar” və həmin birliyin sədr müavini Nurşən İbrahimova “Qədim ipək yolu və Naxçıvan”, Babək Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Gülşən Güləliyeva “Qaş piri”, Babək Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədr müavini Nuray Mehdiyeva “Heydər məscidi”, Nazirliyin Gənclər birliyinin üzvü Məsmə Cəfərova “Keçmişimizin izində”, Kəngərli Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin üzvü Alməmməd Seyidov “Naxçıvan ilkin şəhərsalma mədəniyyəti”, Culfa Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Aidə İbrahimova “Milli geyimlər və bədii tikmələr”, Naxçıvan Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Həlimə İbrahimli və kollecin tələbələri “Naxçıvanda aşıq sənəti” və Şərur Rayon Mədəniyyət Şöbəsinin Gənclər Birliyinin sədri Həcər Əsgərova "Nuh peyğəmbər: Dünya tufanı və Naxçıvan” mövzuları üzrə məlumat vermişlər.

Maraqlı diskussiya formasında təşkil olunan və 100 dəqiqə davam edən müzakirədə ümumilikdə 45 nəfər iştirak etmişdir.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.07.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020