Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Sədərək Rayon Mədəniyyət Sarayında “Şəlalə” instrumental ansamblının konserti olub

      Fevralın 8-də Sədərək Rayon Mədəniyyət Sarayında “Naxçıvan Muxtar Respublikası-95” devizi altında Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının konserti olmuşdur.

Qeyd edək ki, Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblı 15 ildən çoxdur ki, fəaliyyət göstərir. Konsert repertuar zənginliyinə diqqət yetirməklə ictimaiyyət qarşısında və hərbi hissələrdə, müxtəlif tarixi və əlamətdar günlərlə bağlı keçirilən tədbirlərdə konsert proqramları ilə çıxış edir. Kollektivin üzvlərindən bir neçə nəfəri son illər fəxri adlara layiq görülmüşlər. Ansamblın bədii rəhbəri Əli Məmmədovdur.

Son illər istifadəyə verilən rayon Mədəniyyət Sarayında keçirilən konsert ansamblın ifa etdiyi Azərbaycan bəstəkarının mahnıları ilə başlamışdır. Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Arzu Fərzəliyev və Qəmər Babayevanın ifa etdikləri “Güldür məni”, “Toy olsun, bayram olsun”, “Yaşayıram el üçün”, “Azərbaycanım” və başqa şən və lirik mahnılar konsert iştirakçılarında xoş ovqat yaradıb.

Konsertdə ansamblın solistləri Ədalət Hüseynov, Səyavuş Nəcəfov, Həsən Qurbanov, Bəhruz Quliyev, Emin Sabitoğlu, Ələkbər Tağıyev, Ramiz Mirişli, Səid Rüstəmov, Hacı Xanməmmədov, Oqtay Rəcəbov və başqalarının populyar mahnılarını ifa ediblər. Solistlərin ifa etdiyi “Bir xumar baxışla”, “Sənin gülüşlərin”, “Qonşu olmaq istəmirəm”, ”Getmə dayan”, “Kəpənək”, “Getmə amandı” və başqa mahnılar alqışlarla qarşılanıb. Konsertdə ansamblın ifasında instrumental musiqilər, təsnif və kino filmlərdən mahnılar da səslənib.

Bir saatdan artıq davam edən konsert Sədərək rayon sakinləri tərəfindən alqışlarla qarşılanıb.




Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
08.02.2019














Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019