Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Tamaşa balaca izləyicilərdə xoş təəssürat yaradıb

      Sədərək Rayon Mədəniyyət Sarayında müxtəlif konsert proqramları, tamaşalar və filmlər izlənilir. Bu dəfə balaca tamaşaçıların görüşünə Naxçıvan Dövlət Uşaq Teatrı gəlib. Teatr “Bu günün çay dəsgahı” tamaşasını təqdim edib. Tamaşanın quruluşçu rejissoru Nurbəniz Niftəliyeva, musiqi tərtibatçısı isə Mirsaleh Seyidovdur. Nurlan Qafarzadənin, Səkinə Məmmədovanın, Uğur Nəsirlinin, Mirmehdi Seyidovun, Ülvü Bədəlovun, Heyran Abdullayevanın, Aysu Dünyamalıyevanın, Tunca Əşrəfovun və Nihad Məmmədquluyevin oynlarını balaca tamaşçılar maraqla izləyiblər. Qeyd edək ki, Naxçıvan Dövlət Uşaq Teatrı repertuarında uşaq və yeniyetmələrin milli, mənəvi-əxlaqi dəyərlər ruhunda tərbiyəsində, dünyagörüşlərinin formalaşmasında rol oynayan əsərlər yer alır.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
06.01.2019























Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019