Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















“Naxçıvan torpağının yetirdiyi tanınmış bәstәkarlar”
mövzusunda onlayn tәdbir keçirilmişdir

      Sentyabrın 4-dә Naxçıvan Şәhәr Mәdәniyyәt Şöbәsinin Gәnclәr Birliyinin üzvlәri arasında “Naxçıvan torpağının yetirdiyi tanınmış bәstәkarlar” adlı onlayn tәdbir keçirilmişdir. Tәdbirdә Azәrbaycan Respublikasının Әmәkdar mәdәniyyәt işçisi Әbülfәz Rzayev, Şahbuz, Kәngәrli, Şәrur, vә Culfa rayon mәdәniyyәt şöbәlәrinin, Nazirliyin gәnclәr birliklәrinin üzvlәri iştirak etmişdir.

Naxçıvan Şәhәr Mәdәniyyәt Şöbәsinin Gәnclәr Birliyinin sәdri Qumral Mahmudova tәdbiri giriş sözü içә açaraq qeyd etmişdir ki, Azәrbaycanın zәngin musiqi sәnәti çoxәsrlik inkişaf tarixinә malikdir. Bu musiqi haqqında ilk mәlumatlar arxeoloji qazıntılar zamanı әldә edilәn bir sıra abidәlәrdәn, Qobustan (e.ә. XVIII-III minilliklәr) vә Gәmiqaya (e.ә. IIII minilliklәr) qaya rәsmlәrindәn alınmışdır. “Kitabi - Dәdә Qorqud”da (VII yüzil), Nizaminin, Füzulinin әsәrlәrindә orta әsrlәrin musiqi hәyatı, musiqi janrları, musiqi alәtlәri barәdә zәngin mәlumat verilmişdir.

İlk yazılı әdәbi abidәmiz olan “Kitabi-Dәdә Qorqud” dastanında musiqi ilә bağlı bir sıra parçaların mövcudluğu, dastan boyunca müxtәlif musiqi alәtlәrinin adlarının çәkilmәsi müsiqimizin qәdimliyinә әyani sübutdur.

Vurğulanmışdır ki, Naxçıvan torpağının yetirdiyi musiqi mәdәniyyәtinin inkişafında xidmәtlәri olan bir çox bәstәkarlarımız vardır. Bunlardan Әrtoğrol Cavid, Mәmmәd Nәsirbәyov, Ramiz Mirişli, Nәriman Mәmmәdov, Rәşid Mәmmәdov vә digәrlәrini göstәrmәk olar.

Daha sonra söz gәnclәrә verilmişdir. Naxçıvan Şәhәr Mәdәniyyәt Şöbәsinin Gәnclәr Birliyinin üzvlәrindәn İnci Sadiqli, Bәnövşә Haqverdiyeva, Xatirә Bayramova, Leylaxanım Mәmmәdova, Aysel Hәsәnzadә, Lalә Rzayeva bәstәkarların hәyat vә yaradıcılıqları haqqında geniş mәlumat vermişlәr.

Tәdbirә dәvәt olunmuş qonaqlarla diskussiya şәkilindә yekun vurulmuşdur.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
05.09.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020