Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi




















Kitabxanaçılar üçün seminar keçirilmişdir

      Sentyabrın 4-də Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” adlı seminar keçirilmişdir. Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi Aparatının aparıcı məsləhətçisi Şəfəq Abbasova qeyd etmişdir ki, bugün muxtar respublikamızda da gedən inkişaf kitabxanalardan yan keçmir. Kitabxanalar öz işini günün tələbləri səviyyəsində qurmalı, oxuculara daha keyfiyyətli xidmət göstərməlidir. O bildirmişdir ki, nazirliyin tabeliyində olan uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanaçıları üçün “Daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları” mövzusunda təşkil edilən seminarın əsas məqsədi sözügedən sahə üzrə kitabxanaçıların kitabxana işi haqqında daha geniş biliklərə yiyələnməsi, müəssisəyə daxil olan çap məhsullarının düzgün işlənmə qaydalarının mənimsənilməsindən ibarətdir.

M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova tədbir iştirakçılarına “Kitabxana işi haqqında” ümumi məlumat vermiş, bildirmişdir ki, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmiş, həmin qanunun tətbiqi ilə bağlı ulu öndərimiz 12 mart 1999-cu il tarixdə Fərman imzalamışdır. “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət kitabxana şəbəkəsinin formalaşdırılmasında, kitabxana sahəsinə dair normativ hüquqi bazanın yaradılmasında, kitabxana işçilərinin sosial müdafiəsinin gücləndirilməsində mühüm rol oynamışdır. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan vermişdir.

“Daxil olan çap məhsullarının qeydiyyata alınması” və “Kitabların kitabxana qaydasına əsasən işlənməsi” mövzularında çıxış edən M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova və Kitabişləmə və katoloqlaşdırma şöbəsinin müdiri Südabə Heydərova bildirmişlər ki, digər kitabxanalarda olduğu kimi uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinin kitabxanalarında da bütün çap məhsulları kitabxana qaydası ilə işlənməlidir.

Kitabxana fondunun tərkibinə daxil olan bütün çap məhsulları kitabxana qaydası ilə işlənilməlidir. Kitabların kitabxana qaydası ilə işlənməsi dedikdə, onların oxucuya çatdırılmasından əvvəl kitab üzərində aparılan işlər nəzərdə tutulur. Kitabların ümumi uçota alınması, möhürlənməsi, onlara inventar nömrəsinin yazılması, təsnif edilməsi, müəlllif işarəsinin qoyulması, ciblik, müddət vərəqəsi vurulması, kitab formulyarı yazılması və kataloqlar üçün kitabın təsvir edilməsi və s.

Kitabxanaya daxil olan kitablar qoşma sənədlə (hesab faktura və qəbz) tutuşdurulub yoxlanılır. Əgər kitabla birlikdə qoşma sənəd gəlməzsə kitabxana qəbul aktı tərtib edir.Cap məhsullarının uçotunu aparmaq üçün bir-biri ilə əlaqəli olan iki uçot növü vardır.Ümumi və fərdi uçot. Ümumi uçot kitabxana fondunun ümumi uçot kitabında aparılır. Ümumi uçot kitabı 3 hissədən ibarətdir.1-ci hissə çap məhsullarının daxil olması; 2-ci hissə kitab və jurnalların çıxarılması; 3-cü hissə -kvartal və illik kitab fondu hərəkətinin yekunu. Ümumi uçot kitabının mədaxil və məxaric hissəsinə kitablar partiyalarla daxil olur. Kitab partiyası dedikdə eyni vaxtda daxil olan və yaxud eyni bir sənədlə çıxarılan bir qrup kitablar nəzərdə tutulur. Hər bir partiya kitabı yazmaq üçün yalnız bir xətt ayrılır.

Seminar iştirakçılarına daxil olan çap məhsullarının qeydiyyata alınması qaydaları əyani olaraq izah edilmiş, onların sualları cavablandırılmışdır.


Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
04.09.2020











Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2020