Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Bayram günlərində muzeylərə xeyli sayda turist gəlib

      Bayram günlərində turistlərin daha çox üz tutuduğu yerlərtdən biri də muzeylərimizdir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, Xalça muzeyi, Ədəbiyyat muzeyi, Tarix muzeyini mütəmadi olaraq bu günlərdə tələbələr və məktəblilər ziyarət edir. Bundan başqa, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ili qeyd etmək üçün Naxçıvana gələn İran, Türkiyə, Almaniya, Çin, Koreya və Yaponiya vətəndaşları da bu mədəniyyət müəssisələrimizdə olublar.

Qeyd edək ki, ötən il ərzində muxtar respublikada fəaliyyət göstərən muzeyləri ümumillikdə 600 mindən çox qonaq ziyarət edib. Onlardan 200 mindən çoxu xarici vətəndaş olub. Eyni zamanda bir il ərzində muzeylər öz ekspozosiyasını 1564 yeni eksponatla zənginləşdirib.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
02.01.2019















Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019