Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyi






















Balacalar “Cırtdanın yeni il qonaqları” tamaşasına baxıblar

      Bütün mövsümlərdə balacaları sevindirən Məhəmməd Tağı Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı yeni ildə də onlar üçün maraqlı proqram hazırlayıb.

Naxçıvan Dövlət Kukla Teatrı bu dəfə yeni il şənliyində “Cırtdanın yeni il qonaqları ” tamaşasını balacalara təqdim edib. Tamaşanın müəllifi xalq artisti Şirzad Abutalıbovdur. Tamaşaya balacalar böyük maraqla baxıb və əyləniblər.

Qeyd edək ki, 2019-cu ildə kukla teatrının repertuarına Zaur Vedilinin “3 qismətli varisi”, Şirməmməd Qüdrətoğlunun ”Şahın kiçik oğlu” və Tolstoyun “Qızıl açar və ya Buratinonun məcaraları”nın motivləri əsasında səhnələşdirilən eyni adlı əsərlər salınıb. Bu əsərlər il boyu hazırlanaraq balacalara təqdim ediləcək.

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin Mətbuat Xidməti
02.01.2019














Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi

© Müəlliflik hüququ qorunur

2018-2019