Məmməd Arazın Ev Muzeyi

      Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 28 iyun 2013-cü il tarixli Sərəncamına əsasən Xalq şairi Məmməd Arazın doğulub boya-başa çatdığı Şahbuz rayonunun Nursu kəndində yaradılıb.

Muzeyin binası iki mərtəbədən ibarətdir. Xalq şairi Məmməd Arazın zəngin irsini əks etdirən eksponatların yerləşdiyi muzey şairin həyat və yaradıcılığı haqqında geniş məlumat almağa imkan verir. Ekspozisiyada şairin müxtəlif illərdə nəşr olunan əsərlərindən, eləcə də görkəmli söz ustasının həyat və yaradıcılığından bəhs edən kitablardan, mənalı həyat yolunun müxtəlif dövrlərini əks etdirən fotoşəkillərdən və digər materiallardan ibarət ümumilikdə 1496 eksponat nümayiş etdirilir. Məmməd Araz yaradıcılığının ətraflı öyrənilməsi üçün muzeylə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçirilir, ekskursiyalar təşkil olunur.

Ünvan: Şahbuz rayonu, Nursu kəndi
Telefon: (+994 36) 543-21-25