Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi

      Şahbuz Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1982-ci ildən fəaliyyətə başlamışdır. Muzeydə Şahbuz rayonu ərazisində müxtəlif dövrləri əhatə edən milli-mədəni nümunələr, dəyərli eksponatlar qorunub saxlanılır və nümayiş etdirilir. Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. Muzeyin fondunda 4363 eksponat qorunub saxlanılır ki, onlardan 1100-ü ekspozisiya zalında nümayiş olunur. Ekspozisiya zalında qədim bəzək əşyaları, numizmatika məmulatları, saxsıdan və gildən hazırlanmış məişət və təsərrüfat alətləri, rayon ərazisində aparılmış arxeoloji qazıntılar zamanı aşkarlanmış küp qəbirlər, məzarüstü daşlar və sənduqələr, qədim toxuculuq alətləri, rayonun flora və faunasını əks etdirən nümunələr, kitablar və digər dəyərli eksponatlar nümayiş olunur.

Ünvan: Şahbuz rayonu
Telefon: (+994 36) 543-02-98