Şahtaxtinskilər Muzeyi

      Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 9 fevral tarixli Sərəncamına əsasən Kəngərli rayonunun Şahtaxtı kəndində yaradılıb. Burada iki ekspozisiya zalı, iki yardımçı otaq vardır. Ekspozisiya zallarında 151 eksponat nümayiş etdirilir.

Muzeyin ekspozisiyasında olan Şahtaxtinskilər haqqında məlumatlar, əlyazmaları, müasirlərinin fotoşəkilləri və digər eksponatlar bütöv bir ziyalı nəsli haqqında dolğun təəssürat yaradır. Muzeydə müxtəlif dövrlərdə yaşayıb fəaliyyət göstərmiş və xalqımıza layiqincə xidmət etmiş Şahtaxtinskilər haqqında materiallar toplanmışdır.

Ünvan: Kəngərli rayonu, Şahtaxtı kəndi
Telefon: