Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi

      Kəngərli Rayon Tarix-Diyarşünaslıq Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 iyun 2006-cı il tarixli Sərəncamına əsasən yaradılmışdır.

Kəngərli rayonunun mərkəzi olan Qıvraq qəsəbəsində yerləşir. Muzeydə xalqımızın tarixi, mədəniyyəti və incəsənəti ilə bağlı olan 2751 maddi-mədəniyyət nümunəsi qorunub saxlanılır. Ekspozisiya zalı, fond və iş otaqlarından ibarət olan muzeydə rayonun tarixini, adət və ənənələrini, məişətini özündə əks etdirən dəyərli eksponatlar toplanmışdır. Burada ibtidai icma quruluşundan başlayaraq istifadə olunmuş daş əmək alətləri, boyalı qablar, küp və keramika nümunələri, dekorativ-tətbiqi sənət nümunələri, mis məişət əşyaları, xalçalar, milli musiqi alətləri nümayiş olunur. Muzeyin ekspozisiyasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə vardır. Həmçinin muzeydə Kəngərli rayonunda yetişdirilən kənd təsərrüfatı məhsulları və rayon ərazisində istehsal olunan tikinti materiallarından ibarət guşələr yer alır.

Ünvan: Kəngərli rayonu, Qıvraq qəsəbəsi
Telefon: (+994 36) 548-01-59