“Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi

      “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Culfa rayonundakı “Əlincəqala” tarixi abidəsinin bərpa edilməsi haqqında” 2014-cü il 11 fevral tarixli Sərəncamına əsasən yaradılmışdır.

2016-cı il iyunun 17-də “Əlincəqala” tarixi abidəsi və muzeyi istifadəyə verilmişdir. Muzey ekspozisiya zalından və 2 iş otağından ibarətdir. Muzeyin fondunda ümumilikdə 250 eksponat vardır ki, bunlardan 151-i muzeyin ekspozisiyasında sərgilənir. Muzeydə Əlincəqala abidəsinin bərpadan əvvəl, bərpa zamanı və bərpadan sonrakı fotoşəkilləri, Əlincəqalanın tarixi ilə bağlı yazılmış kitab və məqalələr, qəzet materialları, Əlincəqala ərazisindən aşkar olunmuş boyalı keramika parçaları, saxsı və mis qablar və s. nümayiş etdirilir. Həmçinin muzeydə gümüş kəmər nümunələri, müxtəlif corab, araqçın və toxuculuq nümunələri, alət və ləvazimatları, digər dəyərli maddi-mədəniyyət nümunələri də nümayiş olunur.

Ünvan: Culfa rayonu, Xanəgah kəndi
Web site: www.elinceqala.naxcivan.az
Telefon: (+994 60) 700-20-01