Gəmiqaya Muzeyi

      Dünyanın ən qədim insan məskənlərindən biri olan Gəmiqaya Ordubad rayonu ərazisində, Tivi və Nəsirvaz kəndlərindən şimal-şərqdə, Kiçik Qafqazın ən yüksək zirvəsi olan Qapıcıqda yerləşir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” 26 aprel 2001-ci il tarixli Sərəncamına əsasən abidə ətraflı tədqiq edilmiş, “Gəmiqaya” Tarix-Bədii Qoruğu yaradılmış, 2014-cü ildə “Gəmiqaya” Tarix-Bədii Qoruğu və muzey üçün bina tikilmişdir. 2 yardımçı otaqdan və ekspozisiya zalından ibarət olan muzeyin fondunda 213 eksponat vardır. Hazırda onlardan 106-sı ekspozisiya zalında nümayiş etdirilir.

Muzeydə üzərində rəsmlər olan daşlar, Gəmiqayada aparılan tədqiqat işlərinə aid müxtəlif kitablar, qəzetlər, fotoşəkillər, rəsmlərin fotoşəkilləri, eləcə də Naxçıvanın 5 minillik şəhər mədəniyyəti tarixinə aid elmi simpoziumların materialları toplanmışdır. Xalqımızın tarixi etnoqrafiyası və arxeologiyası üçün mühüm əhəmiyyətə malik olan Gəmiqaya abidəsi qədim insanların dini, ideoloji, mifoloji, siyasi görüşlərini əks etdirən qayaüstü rəsmlər toplusudur. Süjet və kompozisiyası ilə fərqlənən bu rəsmlər qədim tariximizi gələcək nəsillərə daşıyan mühüm mənbə və vasitələrdir.

Ünvan: Ordubad rayonu, Nəsirvaz kəndi
Telefon: