Məmməd Səid Ordubadinin Ev Muzeyi

      Muzey 1972-ci ilin iyununda ədibin anadan olmasının 100 illiyi münasibəti ilə yaradılmışdır. Muzeydə 711 eksponat nümayiş olunur. Burada Məmməd Səid Ordubadinin həyat və fəaliyyətini əks etdirən fotoşəkillər, portretlər, müxtəlif sənədlər, yaşadığı dövrə aid xatirə əşyaları, əsərlərinin müxtəlif illərdə və dillərdə nəşrlərindən nümunələr, məktub və əlyazmalar, ədibin silahdaşları olmuş görkəmli şəxslərin fotoşəkilləri, xatirələri və s. qorunub saxlanılır. Muzey M.S.Ordubadinin ədəbi irsinin öyrənilməsində mühüm əhəmiyyətə malikdir.

Ünvan: Ordubad şəhəri, Mingis küçəsi 14
Telefon: