Məhəmməd Tağı Sidqinin Ev Muzeyi

      Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 17 sentyabr 2014-cü il tarixli Sərəncamına əsasən yaradılmışdır. İki mərtəbəli muzey binasının birinci mərtəbəsində iş otaqları, ikinci mərtəbədə isə ekspozisiya zalı yerləşir. Muzeyin ekspozisiyasında 286 eksponat var. Ekspozisiya zalında görkəmli pedaqoqun ailə üzvlərinin, sənət yoldaşlarının və şagirdləri olmuş görkəmli şəxsiyyətlərin fotoşəkilləri nümayiş etdirilir. Həmçinin burada görkəmli maarifçinin tərcümeyi-halı, əlyazmaları, nəşr olunan məqalə və kitabları, eləcə də teatr sahəsindəki xidmətlərini əks etdirən dəyərli nümunələr, görkəmli pedaqoqun zəngin irsinin öyrənilməsi ilə bağlı keçirilən konfransların materialları, Məhəmməd Tağı Sidqi haqqında yazılmış kitab, jurnal, qəzet materialları sərgilənir. Muzeydəki eksponatlar M.T.Sidqi yaradıcılığını tədqiq edənlər üçün dəyərli elmi mənbələrdir.

Ünvan: Ordubad şəhəri, Mingis küçəsi
Telefon: (+994 36) 547-04-91