Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi

      Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyi XVII əsrə aid tarixi-memarlıq abidəsi olan Qeysəriyyə binasında fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə Qeysəriyyə tarixi abidəsində 14 yanvar 2011-ci il tarixdə bərpa işləri aparılmışdır. Muzey geniş ekspozisiya zalından, fond və iş otaqlarından ibarətdir. Muzeyin fonduna 4000-dən çox eksponat daxildir və onların əksəriyyəti ekspozisiya zalında 15 guşədə nümayiş olunur.

Ekspozisiya zalında müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş qəbir daşları və sənduqələr, rayonun tanınmış ziyalıları haqqında məlumatlar, onların fotoşəkilləri, kitabları və digər dəyərli eksponatlar nümayiş etdirilir.

Ünvan: Ordubad şəhəri
Telefon: (+994 36) 547-02-09