Cəlil Məmmədquluzadənin Nehrəm kəndində Xatirə Muzeyi

      Böyük yazıçının Nehrəm kəndində müəllim kimi fəaliyyət göstərdiyi məktəb 1989-cu ildən Cəlil Məmmədquluzadənin Nehrəm kəndində Xatirə Muzeyi kimi təşkil olunmuşdur. Muzeyin binası 15 aprel 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur. Muzey 3 ekspozisiya zalından və iş otaqlarından ibarətdir. Muzeyin fonduna görkəmli ədibin həyat və fəaliyyətini özündə əks etdirən 891 ədəd eksponat daxildir. Eksponatlar, əsasən, ədibin istifadə etdiyi əşyalardan, müxtəlif illərdə qələmə aldığı əsərlərindən, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələrindən, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablardan ibarətdir. Muzeydə nümayiş olunan eksponatlar Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı olan Cəlil Məmmədquluzadə irsinin öyrənilməsi üçün dəyərli mənbədir.

Ünvan: Babək rayonu, Nehrəm kəndi
Telefon: