Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi

      Babək Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1981-ci il dekabr ayının 18-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır.

Muzey ekspozisiya zalından və iş otaqlarından ibarətdir. 200 eksponatla fəaliyyətə başlayan muzeyin fondunda hal-hazırda rayonun qədim tarixini əks etdirən 3684 eksponat toplanmışdır. Onlardan 600-ü ekspozisiyada nümayiş etdirilir. Ekspozisiya bir neçə guşə və bölmələrə ayrılmışdır. Burada ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş guşə, qədim məişət və təsərrüfat alətləri, əkinçilik və toxuculuq məmulatları, xalçalar, rəsm əsərləri, dekorativ-tətbiqi sənət nümunələri, eyni zamanda müasir Babək rayonu haqqında məlumatlar, fotoşəkillər, stendlər, rayonun fauna və florasını əks etdirən nümunələr, yeraltı və yerüstü sərvətləri və kitablar sərgilənir.

Ünvan: Babək qəsəbəsi
Telefon: