Cəlil Məmmədquluzadənin Cəlilkənddəki Xatirə Muzeyi

      Muzey 1987-ci ildə Cəlil Məmmədquluzadənin vaxtilə müəllim işlədiyi Şərur rayonundakı Cəlilkənddə yaradılmışdır.

2013-cü ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qayğısı sayəsində 2015-ci ildə müasir memarlıq üslubunda inşa olunan yeni binaya köçürülmüşdür. Muzey giriş hissə, ekspozisiya zalı, fond otağı və 2 iş otağından ibarətdir. Muzeyin fondunda 449 eksponat var. Onlardan 274-ü ekspozisiyada nümayiş etdirilir. Ədibin istifadə etdiyi əşyalar, müxtəlif illərdə qələmə aldığı əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif nömrələri, eləcə də Cəlil Məmmədquluzadə irsindən bəhs edən kitablar ekspozisiyada sərgilənir. Muzeydə nümayiş olunan bu dəyərli nümunələrin hər biri Azərbaycanda tənqidi realizm ədəbi cərəyanının və “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi, kiçik hekayə janrının və satirik publisistikanın yaradıcısı kimi böyük şöhrət qazanan ədibin irsinin öyrənilməsi üçün əvəzsiz mənbələrdir.

Ünvan: Şərur rayonu, Cəlilkənd kəndi
Telefon: (+994 36) 552-37-94