Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi

      Şərur Rayon Tarix-Diyarşünaslıq Muzeyi 1978-ci il dekabr ayının 31-də yaradılmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1980-ci ildən müstəqil muzey kimi fəaliyyət göstərir. Muzeyin fondunda olan 8474 eksponatdan 4000-dən çoxu ekspozisiyada nümayiş etdirilir.

Muzeydə 2 şöbə, 12 bölmə fəaliyyət göstərir. Bölmələrdə müxtəlif əmək alətləri, misdən və saxsıdan hazırlanmış qədim məişət əşyaları, arxeoloji qazıntılar nəticəsində əldə edilmiş saxsı və keramika nümunələri, toxuculuq və xalçaçılıq məmulatları, rəsm əsərləri, fotoşəkillər, kitablar və digər dəyərli eksponatlar nümayiş olunur.

Ünvan: Şərur şəhəri, Heydər Əliyev prospekti
Telefon: (+994 36) 542-21-69