Bəhruz Kəngərli Muzeyi

      Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamına əsasən yaradılmışdır.

1897-ci ildə Naxçıvan şəhərində tikilmiş binada fəaliyyət göstərən muzeydə 1217 eksponat, o cümlədən rəssamın 63 orijinal əsəri, əsərlərinin fotosurətləri, ailəsi, həyat və fəaliyyəti ilə bağlı sənədlər, məişətdə istifadə etdiyi əşyalar və digər eksponatlar nümayiş etdirilir.

Xəstəliyi ilə əlaqədar qısa ömür sürmüş və cəmi 7 il yaradıcılıq fəaliyyəti olmuş Bəhruz Kəngərli 2000-ə qədər müxtəlif mövzulu və janrlı rəsm əsəri yaratmışdır. Rəssamın erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi soyqırımı əks etdirən “Qaçqınlar” silsiləsindən rəsm əsərləri muzeyin eksponatları sırasındadır.

2018-ci ildə Bəhruz Kəngərli Muzeyinin virtual səyahətə imkan verən internet saytı yaradılmışdır.

Ünvan: Naxçıvan şəhəri, Atatürk küçəsi 75
Telefon: (+994 36) 554-33-29