Cəlil Məmmədquluzadənin Ev Muzeyi

      Muzey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 19 iyun 1998-ci il tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Cəlil Məmmədquluzadənin doğulduğu, uşaqlıq və gənclik illərini keçirdiyi evdə yaradılmışdır.

Ulu öndər Heydər Əliyevin iştirakı ilə 1999-cu ilin 13 oktyabrında muzeyin açılışı olmuşdur. Muzeydə böyük ədibin həyat və yaradıcılığına aid 2156 eksponat mühafizə olunur və nümayiş etdirilir. Cəlil Məmmədquluzadəyə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının əsərləri, “Molla Nəsrəddin” jurnalının müxtəlif illərə aid nüsxələri, ədibin müasirlərinə aid sənədlər və s. muzeyin qiymətli eksponatları sırasındadır.

Ünvan: Naxçıvan şəhəri, Ağamalıoğlu küçəsi, döngə 2
Telefon: (+994 36) 545-67-86