Xatirə Muzeyi

      Xatirə Muzeyi ermənilər tərəfindən törədilən soyqırım qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş naxçıvanlıların xatirəsini əbədiləşdirmək məqsədilə 2000-ci ildə yaradılmışdır.

2015-ci ildən muzey Şəhidlər xiyabanı yaxınlığında yeni inşa edilmiş binada fəaliyyətini davam etdirir. Muzeydə 1874 eksponat mühafizə olunur və nümayiş etdirilir.

Muzeydə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım faktlarını əks etdirən sənədlər, şəkillər və digər eksponatlar vardır. Həmçinin muzeydə ötən əsrin 90-cı illərində torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş soydaşlarımızın keçdiyi döyüş yolunu əks etdirən fotoşəkillər, şəxsi əşyalar nümayiş etdirilir.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti
Telefon: (+994 36) 554-37-09