Naxçıvan Dövlət Rəsm Qalereyası

      Naxçıvan Dövlət Rəsm Qalereyası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Sərəncamı ilə 1982-ci ildə yaradılmışdır. Qalereya hazırda Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayının üçüncü mərtəbəsində fəaliyyət göstərir. Qalereyanın fondunda Azərbaycan və xarici rəssamların əsərlərindən ibarət 381 eksponat mühafizə olunaraq nümayiş etdirilir. Qalereyadakı rəsm əsərləri mövzu, üslub və janr müxtəlifliyi ilə seçilir. Burada portret, peyzaj, qrafika, natürmort, məişət, tarixi və başqa janrlarda çəkilmiş rəsm əsərləri vardır. Ekspozisiyanın birinci guşəsində ulu öndər Heydər Əliyevə həsr edilmiş rəsm əsərləri sərgilənir. İkinci guşədə tarix-mədəniyyət abidələrini, üçüncü guşədə Naxçıvanın füsunkar təbiət gözəlliklərini əks etdirən və mənzərə janrında çəkilmiş əsərlər nümayiş olunur.

Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev Prospekti 1
Heydər Əliyev Sarayı, 3-cü mərtəbə
Telefon: (+994 36) 544-55-03