Cəlil Məmmədquluzadə adına
Naxçıvan Muxtar Respublika Ədəbiyyat Muzeyi

      Muzey 1966-cı ildə yaradılmışdır. Muzeyin fondunda 20 mindən çox eksponat var. Muzeydə çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixini əks etdirən qiymətli əlyazmalar, tətbiqi və təsviri sənət nümunələri, qədim və müasir kitablar, qəzet və jurnallar, xatirə əşyaları və digər muzey materialları mühafizə olunur. Ekspozisiyada klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinə, Naxçıvan torpağının yetirdiyi şair və yazıçıların, sənətşünasların yaradıcılığına geniş yer verilmişdir.

Ekspozisiyada və fondda Azərbaycanın fırça ustalarının müxtəlif janrlarda yaratdıqları boyakarlıq və heykəltəraşlıq əsərləri, Naxçıvan teatrının tarixinə aid sənədlər - afişalar, məktublar, proqramlar, tamaşa eskizləri, görkəmli teatr sənətkarlarının yaradıcılığını əks etdirən fotoşəkillər də vardır. 2008-ci il avqustun 18-də muzey üçün yeni bina inşa olunmuşdur.

Ünvan: Naxçıvan şəhəri, Nizami küçəsi
Telefon: (+994 36) 545-16-86